17:56 20-12-2012
news_image
2825
DÖYÜŞ NÖVLƏRİ

3 köhnə, 1 yeni - YENİLƏNİB

“Sərhədçi” İdman Olimpiya Mərkəzində güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, üçünçü yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Onlar arasında ilk olaraq, 55, 66, 84 və 120 kq çəki dərəcələrində ölkənin ən güclüləri dəqiqləşib. Bu çəkilərdən 3-də çempion dəyişmədiyi halda, 1-də yenisi müəyyənləşib.

Belə ki, 55, 66 və 120 kq çəki dərəcələrində 2011-ci ildə olduğu kimi eyni pəhləvanlar fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ən yüngül çəkidə Namiq Sevdimov bu dəfə Yaşar Əliyevə qalib gələrək, birinci olub. 66 kq çəki dərəcəsində Emin Əzizovun qarşısına çıxan tapılmayıb. Onunla döyüşə kimi Məhəmməd Müslümov da döşəyi qələbə ilə tərk etməsinə baxmayaraq, finalda büdrəyib.

Ən ağır – 120 kq çəki dərəcəsində Cəmaləddin Məhəmmədov növbəti dəfə Azərbaycan çempionu adını qazanıb. O, finalda yığmamızın digər lideri Əli İsayevi məğlub edib.

84 kq çəki dərəcəsində həlledici görüşündə ötən ilin gümüş mükafatçısı İlya Xamikoyev isə Roman Bәkirovun gücünü yoxlayıb. 2011-ci ildə Çamsulvara Çamsulvarayevə uduzan güləşçi heyfini Bəkirovdan alıb və bu dəfə qızıl medala layıq görülüb.


55 kq
1/8 final
Nicat Muradov - Turan Şıxәliyev
Emil Qasımov - Azәr Paşayev
Yaşar Әliyev - Afiq Әzimov
Yusif Muxtarov - Bәybala Әzimli
Ixtiyar Quliyev - Elçin İmamquliyev
Etibar Hacıyev - Paşa Paşayev
Mәdәt Süleymanov - Kәrim Әhmәdov
Namiq Sevdimov - Mehdi Hüseynov

1/4 final
Yaşar Әliyev - Yusif Muxtarov
Nicat Muradov - Azәr Paşayev
Ixtiyar Quliyev - Etibar Hacıyev
Mәdәt Süleymanov - Namiq Sevdimov

1/2 final
Yaşar Әliyev - Azәr Paşayev
Etibar Hacıyev - Namiq Sevdimov

Bürünc medallar uğrunda
Yusif Muxtarov - Azәr Paşayev
Mircәlal Hәsәnzadә - Etibar Hacıyev

FİNAL
Yaşar Әliyev - Namiq Sevdimov

1. Namiq Sevdimov (DİN İC)
2. Yaşar Әliyev (Abşeron, Neftçi İSM)
3. Azәr Paşayev (Gәncә TİM)
3. Mircәlal Hәsәnzadә (Abşeron)


66 kq
1/8 final
Ruslan Dibirhacıyev - Elmir Qәmbәrov
Sahib Musazadә - Mәhәmmәd Müslümov
Mirmurad Mirsucayev - Daşqın İsgәndәrov
Gitinomaqomdd Hacıyev - Ramin Malıyev
Emin Әzizov - Mәhәmmәd Mәmmәdov
Azad Ismayılov - Fәrid Abdullayev
Rakif Mәmmәdov - Saqif Cabbarov
Orxan Ismayılov - Kamran Mәmmәdov

1/4 final
Ruslan Dibirhacıyev - Mәhәmmәd Müslümov
Mirmurad Mirsucayev - Gitinomaqomed Hacıyev
Emin Әzizov - Azad Ismayılov
Rakif Mәmmәdov - Kamran Mәmmәdov

1/2 final
Mәhәmmәd Müslümov - Gitinomaqomed Hacıyev
Emin Әzizov - Rakif Mәmmәdov

Bürünc medallar uğrunda
Ruslan Dibirhacıyev - Gitinomaqomed Hacıyev
Azad Ismayılov - Rakif Mәmmәdov

FİNAL
Mәhәmmәd Müslümov - Emin Әzizov

1. Emin Әzizov (Neftçi İSM)
2. Mәhәmmәd Müslümov (Atasport)
3. Ruslan Dibirhacıyev (Atasport)
3. Rakif Mәmmәdov (Gömrükçü, Ağdaş)


84 kq
1/8 final
Elmәddin Hadızadә - Arsen Salayev
Orxan Abdullayev - İlya Xamikoyev
Mәhәmmәdhacı Xatiyev - Imamverdi Әliyev
Orxan Şәrifov - Әhmәd Әhmәdov
Rüstәm Sultanov - Roman Bәkirov
Rasim Sultanov - Turqay Mәmmәdov
Mәhәmmәd Abdulxaliqov - Cәlal Qasımov
Elmar Ismayılov - Elcan Usubzadә

1/4 final
Arsen Salayev - İlya Xamikoyev
Mәhәmmәdhacı Xatiyev - Әhmәd Әhmәdov
Roman Bәkirov - Turqay Mәmmәdov
Mәhәmmәd Abdulxaliqov - Elcan Usubzadә

1/2 final
İlya Xamikoyev - Mәhәmmәdhacı Xatiyev
Roman Bәkirov - Elcan Usubzadә

Bürünc medallar uğrunda
Amid Mirağayev - Mәhәmmәdhacı Xatiyev
Turqay Mәmmәdov - Elcan Usubzadә

FİNAL
İlya Xamikoyev - Roman Bәkirov

1. İlya Xamikoyev (Atasport)
2. Roman Bәkirov (Abşeron, Neftçi İSM)
3. Mәhәmmәdhacı Xatiyev (Atasport)
3. Elcan Usubzadә (Neftçi İSM)


120 kq
1/4 final
Ayaz Mirzәyev - Cәmalәddin Mәhәmmәdov
Aslan Cebişov - Ağagül Qәdәşov
Fәrid Әhmәdov - Әli İsayev
Sәnan Bağırov - Rza Nәzәri

1/2 final
Cәmalәddin Mәhәmmәdov - Aslan Cebişov
Әli Isayev - Rza Nәzәri

Bürünc medallar uğrunda
Azay Mirzәyev - Aslan Cebişov
Fәrid Әhmәdov - Rza Nәzәri

FİNAL
Cәmalәddin Mәhәmmәdov - Əli İsayev

1. Cәmalәddin Mәhәmmәdov (Atasport)
2. Әli İsayev (Atasport)
3. Aslan Cebişov (Atasport)
3. Fәrid Әhmәdov (Neftçi İSM)

Qeyd edək ki, çempionatın ilk 2 günündə yunan-Roma güləşi üzrə Azərbaycan çempionları müəyyənləşib. Yarışa isə sabah yekun vurulacaq.