01:48 21-12-2012
news_image
1153
DÖYÜŞ NÖVLƏRİ

Bakıda Ağalarovun xatirə turniri start götürüb

Dekabrn 20-də Texniki Universitetin idman zalında Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan və Rusiya komandaları iştirak edib.

Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyevin sözlərinə görə, dünya birinciliyi öncədən oktyabrda Tailandda keçirilməli idi. Ancaq bu ölkənin yarışdan imtina etməsi turnirin keçirilmə vaxtına da təsir göstərdi.

Qeyd edək ki, Azərbaycanın gənclərdən ibarət komandası Ağalarov turnirində 3 heyətlə çıxış edir. Yarışa dekabrın 23-də yekun vurulacaq. Döyüşlər hər gün saat 17:00-da başlayacaq. Final görüşlərinə saat 14:00-da start veriləcək.