Taekvondo üzrə Gənclər və Böyüklər arasında XXlll Ümumrespublika birinciliyi və çempionatı start götürüb. Taekvando Federasiyasından apasport.az saytına verilən məlumata görə, 20-23 dekabr tarixlərində ABU Arena İdman Kompleksində yarışın ilk günü gənclər arasında (oğlanlar) 45 kq, 63 kq, 68 kq, (qızlar) 42 kq, 44 kq, 52 kq və 59 kq çəki dərəcələri üzrə birinciliyin nəticələri məlum olub.
Qeyd edək ki, bu gün gənclərin birinciliyində (oğlanlar) 48 kq, 78 kq, (qızlar) 49 kq, 63 kq, böyüklərin çempionatında isə (kişilər) 54 kq, 87 kq, (qadınlar) 46 kq, 67 kq çəki dərəcələrində mübarizələr keçiriləcək.
Oğlanların turnirində mükafatçılar aşağıdakılardır:
45 kq
1.Tağı Tağızadə, “Neftçi” İC
2. Anar Verdiyev, “Fərasət” klubu
3. Şamil Şirinzadə, Ağcabədi rayonu
3. Fizam Mehdiyev, “Musado” klubu
63 kq
1. Ayxan Tağızadə, “Neftçi” İC
2. Rəşid Maqomedaliyev, “Ulduz” klubu
3. Tapdıq Ələkbərov, Tovuz rayonu
4. Nicat Fərəcov, 12 saylı orta məktəb
68 kq
1. Kənan Süleymanov, Göyçay rayonu
2. Saməddin Əliyev, Zəngilan rayonu
3. Royal İbrahimov, Cəbrayıl rayonu
4. Tural İbrahimov, Samux rayonu
Qızların yarışında isə nəticələr belədir:
42 kq
1. Ülkər Yusifova, Quba U.G.İ.M.
2. Gülarə Yolçiyeva, Qobustan rayonu
3. Təhminə Hüseynli, Sumqayıt şəhəri
4. Viktoriya Xan, “Ulduz” klubu
44 kq
1. Alina Bedoyeva, “Ulduz” klubu
2. Pamuk Selin, “Kamil” klubu
3. Nərminə Məmmədova, “Neftçi” İC
4. Mirxanım Ağayeva, 2 saylı orta məktəb
52 kq
1. Anisiya Çeloxsayeva, “Ulduz” klubu
2. Aynur Məmmədova, 12 saylı məktəb
3. Gülgün Niftullayeva, Masallı rayonu
4. Emiliya Əlizadə, Göyçay rayonu
59 kq
1. Zeyvi Kərimova, “Neftçi” İC
2. Kübra Sarısoy, “Kamil”
3. Sevda Məmmədova, Sumqayıt şəhəri
4. Aytac Bəndəliyeva, Ağsu rayonu

22:52