18:40 21-12-2012
news_image
4560
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan çempionatına yekun vuruldu - YENİLƏNİB

Bu gün güləş üzrə Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 4 gün davam edən yarışda son olaraq sərbəst güləş üzrə 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Belə ki, öncə Xetaq Qazyumov Azərbaycan çempionluğunu rəsmiləşdirib. 96 kq çəki dərəcəsində mübarizə aparan Olimpiadanın bürünc mükafatçısı həlledici görüşdə yarışın son qalibi Aslanbek Alborovu məğlub edib.

Ardınca 74 kq çəki dərəcəsində ölkənin 1 nömrəsi məlum olub. Gərginliyi ilə yadda qalan döyüşdə ötən ilki finalçılar üz-üzə gəlsələr də, bu dəfə Aleksandr Qostiyev Cәbrayıl Hәsәnovdan revanşını alıb.

Son qızıl medal isə Hacı Əliyevə (60 kq) qismət olub. O, bu çəki dərəcəsində titulu Olimpiya çempionumuz Toğrul Əsgərovdan təhvil alıb. Belə ki, London-2012-nin qalibi ötən il bu çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxsa da, bu il yarışda iştirak etməyib. Onun finalda məğlub etdiyi Ağahüseyn Mustafayev isə çempionun olmamasından yararlana bilməyib və yenə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, çempionatın ilk 2 günündə yunan-Roma güləşçiləri qalibi müəyyənləşdirdiyi halda, 1 gün öncə sərbəst güləşçilər 55, 66, 84 və 120 kq çəki dərəcələrində ən güclünün adına aydınlıq gətirib.


60 kq
1/8 final
Hacı Әliyev - Ural Hüseynov
Ümid Mәmmәdov - Sәddam Әlizadә
Әkrәm Әzimli - Әlisa Abbasov
Ramil Әlәkbәrov - Emin Hüseynov
Hüseyn Nәsirov - Mahmud Mәhәmmәdov
Әhmәdnәbi Qvarzatilov - Qalib Әliyev
Ağahüseyn Mustafayev - Coşqun Әzimov
Cәlal Ismayılov - Ruslan Mәmmәdov

1/4 final
Әlisa Abbasov - Ramil Әlәkbәrov
Hacı Әliyev - Ümid Mәmmәdov
Hüseyn Nәsirov - Әhmәdnәbi Qvarzatilov
Ağahüseyn Mustafayev - Ruslan Mәmmәdov

1/2 final
Әhmәdnәbi Qvarzatilov - Ağahüseyn Mustafayev
Hacı Әliyev - Ramil Әlәkbәrov

Bürünc medallar uğrunda
Ümid Mәmmәdov - Ramil Әlәkbәrov
Coşqun Әzimov - Әhmәdnәbi Qvarzatilov

FİNAL
Hacı Әliyev - Ağahüseyn Mustafayev

1. Hacı Әliyev (Abşeron, Neftçi İSM)
2. Ağahüseyn Mustafayev (Neftçi İSM)
3. Ümid Mәmmәdov (Sumqayıt, Neftçi İSM)
3. Әhmәdnәbi Qvarzatilov (Atasport)
________________________________________

74 kq
1/8 final
Asif Әrәbov - Haldun Üslublu
Әşrәf Әliyev - Rәsul Hafizov
Murad Hüseynli - İsa İsayev
Samit Әhmәdov - Cәbrayıl Hәsәnov
Kәnan Әliyev - Zaur Әlәkbәrov
Aleksandr Qostiyev - Xәqan Süleymanov
Ülvi Abbasov - Kamran Yunusov
Aqil Әsgәrov - Bәxtiyar İsrafilli

1/4 final
Asif Әrәbov - Әşrәf Әliyev
İsa İsayev - Cәbrayıl Hәsәnov
Zaur Әlәkbәrov - Aleksandr Qostiyev
Kamran Yunusov - Bәxtiyar İsrafilli

1/2 final
Әşrәf Әliyev - Cәbrayıl Hәsәnov
Aleksandr Qostiyev - Kamran Yunusov

Bürünc medallar uğrunda
Samit Әhmәdov - Әşrәf Әliyev
Xәqan Süleymanov - Kamran Yunusov

FİNAL
Cәbrayıl Hәsәnov - Aleksandr Qostiyev

1. Aleksandr Qostiyev (Atasport)
2. Cәbrayıl Hәsәnov (Zenit İC)
3. Әşrәf Әliyev (Neftçi İSM)
3. Xәqan Süleymanov (Qazax)
________________________________________

96 kq
1/16 final
Zaur Әliyev - Vüsal Şәrifov

1/8 final
Elçin Bağırov - Aslanbek Alborov
İlham Abidov - Rüstәm Qasımov
Mehman Imanquliyev - Cavid Allahverdiyev
Hacı Әlicanov - Müşviq Әhmәdzadә
Ziya Mәmmәdzadә - Sinan Faxulov
Seymur Mәmmәdov - Feruz Termişi
Xetaq Qazyumov - Vüsal Şәrifov
Rahim Eyvazov - Rәşad Әsgәrov

1/4 final
Mehman Imanquliyev - Hacı Әlicanov
Aslanbek Alborov - İlham Abidov
Ziya Mәmmәdzadә - Feruz Termişi
Xetaq Qazyumov - Rәşad Әsgәrov

1/2 final
Ziya Mәmmәdzadә - Xetaq Qazyumov
Aslanbek Alborov - Hacı Әlicanov

Bürünc medallar uğrunda
Ilham Abidov - Hacı Әlicanov
Rәşad Әsgәrov - Ziya Mәmmәdzadә

FİNAL
Aslanbek Alborov - Xetaq Qazyumov

1. Xetaq Qazyumov (Atasport)
2. Aslanbek Alborov (Atasport)
3. Hacı Әlicanov (Neftçi İSM)
3. Rәşad Әsgәrov (DİN İC)