12:43 21-12-2012
news_image
908
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Vladimir Petrovu yad edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Latviyada Vladimir Petrovun xatirə turnirində iştirakı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz fevralın 15-17-də Yurmalada baş tutacaq yarışda mübarizə aparmağa razılıq verib.

O, 61 zəka sahibinin qatılacağı turnirin reytinq-favoritidir. Yarışa hesabında 2760 xalı olan Məmmədyarovla yanaşı, məşhurlardan Aleksey Dreyev (2748), Vasili İvançik (2744), Aleksandr Morozeviç (2725) və Aleksey Şirov (2723) da qatılacaq.

Qeyd edək ki, iştirakçılar sürət rapid növündə güclərini yoxlayacaqlar.