19:04 21-12-2012
news_image
710
DİGƏR NÖVLƏR

Azad Rəhimov: Bayrağımız hər gün iki dəfə ucalıb

Bu il Azərbaycan idmançıları nüfuzlu beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarında üst-üstə 735 medal qazanıblar. Lent.az-ın verdiyi məlumata görə, bunu gənclər və idman naziri Azad Rəhimov “İdman” qəzetinin 80 illik yubileyində söyləyib.

Gənclər və idman nazirinin sözlərinə görə, bu isə o deməkdir ki, beynəlxalq arenalarda bayrağımız hər gün iki dəfə ucalıb, himnimiz səsləndirilib. Azad Rəhimov həm də ölkəmizdə 50-dən artıq beynəlxalq turnirin keçirildiyini nəzərə çatdırıb. 2012-ci ilin “İdman İli” olduğunu xatırladan Azad Rəhimov il ərzində xalqımızın böyük qələbələrin, yüksək nailiyyətlərin, gözəl hadisələrin şahidi olduğunu qeyd edib.