23:43 21-12-2012
news_image
1515
DÖYÜŞ NÖVLƏRİ

Millimizin üzvünə "Range Rover" verdilər

Bu gün Azərbaycan Güləş Federasiyasında 2012-ci ilə yekun vurulub. Apasport.az saytının məlumatına görə, federasiya ilin ən yaxşılarını müəyyənləşdirib.

Belə ki, London Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov ilin ən yaxşı sərbəst güləşçi seçilib. London Olimpiya Oyunlarının bürünc mükafatçısı Xetaq Qazyumova isə federasiya tərəfindən avtomobil - "Range Rover" verilib.

London Olimpiya Oyunlarının bürünc medalına sahib olan Emin Əhmədov isə ilin ən yaxşı yunan-Roma güləşçisi seçilib.

London Olimpiya Oyunlarının bürünc mükafatçısı Yuliya Ratkeviç ən yaxşı qadın güləşçisi adına layiq görülüb. Azərbaycan güləş yığmasının böyük məşqçisi Firdovsi Umudov ilin ən yaxşı məşqçisi, Azərbaycan Respublikasının əmakdar məşqçisi, olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov isə ilin ən yaxşı hakimi mükafatını qazanıb.