00:29 22-12-2012
news_image

XXlll Resbulika birinciliyi və çempionatının rəsmi açılış mərasimi keçirilib

Gənclər və böyüklər arasında taekvondo üzrə XXlll Respublika birinciliyi və çempionatının açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, ABU Arena İdman kompleksində baş tutan tədbirdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxış edərək ölkə idmanının xüsusi diqqətlə əhatə olunduğundan, artmaqda davam edən uğurlara qayğı ilə yanaşıldığından söz açıblar.

Natqilər, başa çatmaqda olan “İdman ili”-ndə əldə edilən uğurlardan və qarşıdakı məsul yarışlardan danışıblar. Dövlət himni səsləndirildikdən sonra yarışa rəsmi olaraq start verilib.