00:47 22-12-2012
news_image
1244
DÖYÜŞ NÖVLƏRİ

Fəridə Əzizova çempion oldu

Taekvondo üzrə Gənclər və Böyüklər arasında XXlll Ümumrespublika birinciliyi və çempionatı davam edir. Taekvando Federasiyasından apasport.az saytına verilən məlumata görə, dekabrın 21-də böyüklər də mübarizəyə qoşulublar.

Kişilər arasında 54 və 87 kq çəkilərdə, qadınlarda isə 46 və 67 kq çəki dərəcələrində yarışlar keçirilib. Gənclərin birinciliyində daha 4 çəki dərəcələrinin nəticələri məlum olub.

Qeyd edək ki, dekabrın 22-də daha 9 çəki dərəcəsində yarışlar keçiriləcək. Oğlanlar 51 kq və 55 kq çəkilərdə, qızlar 46 kq, kişilər 58 kq, 74 kq və +87 kq, qadınlar isə 49 kq, 57 kq və 62 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Yarışlar saat 10:00-da start verəcək.

Yarışın ikinci gününün mükafatçıları aşağıdakılardır:


Oğlanlar

48 kq:
1. Kamil Aburazakov, “Ulduz” klubu
2. Samir Bağırlı, Lənkəran şəhəri
3. Məmmədalı Quliyev, “Fərəh” klubu
4. Xanru Fətəliyev, “Musado” klubu

78 kq:
1. Hüseyin Əlizadə, Göyçay rayonu
2. Rasul Kanamatov, “Ulduz”
3. Niyaz Niyazov, “Araz-Şöhrət” klubu
4. Rüfət Qəmbərli, “Qafqaz”

49 kq:
1. Zümrüd Məmmədova, “Neftçi” İC
2. Günel Eyvazova, Sumqayıt şəhəri
3. Öznur Güven, “Kamil”
4. Bulul Aşirova, Şəmkir rayonu

Qızlar

63 kq:
1. Firəngiz Mehrəliyeva, “Neftçi” İC
2. Afət Pənahova, Qobustan rayonu
3. Nigar Quliyeva, “Fateh” klubu
4. İpək Çelik, “Kamil” klubu

Kişilər

54 kq:
1. Samir Aydınov, “Dinamo” İC
2. Vüqar Kərimov, “Neftçi” İC
3. Natiq Abdullayev, “Savalan” klubu
4. Cavid Qafarlı, Xaçmaz rayonu

87 kq:
1. Radik İsayev, “Ulduz”
2. Bayraməli Vəliyev, 2 saylı orta məktəb
3. Ceyhun Həsənli, “Qafqaz” klubu
4. Fərid Tağızadə, “Neftçi” klubu

Qadınlar

46 kq:
1. Xəyalə Quliyeva, Sumqayıt şəhəri
2. Xəyalə Məmmədova, “Fərəh” klubu
3. Billurə Məmmədova, “Qafqaz” klubu
4. Nərmin Camalzadə, Zərdab rayonu

67 kq:
1. Fəridə Əzizova, Qusar rayonu
2. Bucə Şəntürk, “Fərəh” klubu
3. Aytən Səmədli, “Neftçi” İC
4. Günel Həsənzadə, “Sərhədçi” klubu