05:12 22-12-2012
news_image
1259
DÖYÜŞ NÖVLƏRİ

Gənclərin boks turnirinin ilk günü geridə qaldı

Azərbaycan Texniki Universitetinin idman zalında Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks turniri start götürüb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 6 ölkənin 80-ə yaxın idmançısı qələbə uğrunda mübarizə aparır.

Turnirin ilk günündə Azərbaycan milli komandasının 19 üzvü rinqə çıxıb. Onlardan Rahid Həbibzadə, Orxan Əliyev (hər ikisi 56 kq), İman Əhmədli, Nurlan Nağıyev (hər ikisi 60 kq), Çingiz İslamov (64 kq), Naib Nağıyev (69 kq) və Elvin Məmmədov (75 kq) ilk döyüşlərini qələbə ilə başa vurublar.

Qeyd edək ki, yarışa dekabrın 23-də yekun vurulacaq.

49 kq

Şohbek Kadırov (Özbəkistan) 5:0 Elşən Abbasov (Azərbaycan)

52 kq

Anbazxaqan Silambarasan (Hindistan) 5:0 Natiq Kazımov (Azərbaycan)

56 kq

George Qriqalaşvili (Gürcüstan) 0:5 Rahid Həbibzadə (Azərbaycan)
George Tiskarişvili (Gürcüstan) 3:2 Eyvaz Ələkbərli (Azərbaycan)
Cavid Qayali (Azərbaycan) – Orxan Əliyev (Azərbaycan) tam üstünlüklə Əliyev qalib gəlib

60 kq

İman Əhmədli (Azərbaycan) 3:2 Talqat Mazakov (Qazaxıstan)
Tərlan Abdulov (Azərbaycan) 1:4 Nurlan Nağıyev (Azərbaycan)
Samir İbrahimov (Azərbaycan) 1:4 Erbolat Yermekov (Qazaxıstan)

64 kq

Babək Əhmədov (Azərbaycan) 0:5 Jayladov (Qazaxıstan)
Çingiz İslamov (Azərbaycan) – Elçin Heydərov (Azərbaycan) tam üstünlüklə İslamov qalib gəlib

69 kq

Nəbi Nağıyev (Azərbaycan) 3:2 Dosimxan Satibaldiyev (Özbəkistan)

75 kq

Aleksandr Brindin (Azərbaycan) 0:5 Elvin Məmmədov (Azərbaycan)
Amir Çopurov (Gürcüstan) 3:2 Nicat Sadiqov (Azərbaycan)
Taleh Fərzali (Azərbaycan) 2:3 Gill Kailash (Hindistan)

81 kq

Əli Əhmədov (Qazaxıstan) 5:0 Şamil Əliyev (Azərbaycan)
İlhombek Kurbonbayev (Qazaxıstan) 0:5 Orinbasarov (Qazaxıstan)
Benival Abhişek (Hindistan) 5:0 Paşa İmanov (Azərbaycan)