Azərbaycan Boks Federasiyası (ABF) 2012-ci ilin yekununa görə fərqləndirilib. Apasport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi bu gün “Buta” sarayında keçirdiyi mükafatlandırma mərasimində ABF-ni ən yaxşı saydığı 3 federasiyadan biri kimi göstərib. Digər 2 ən yaxşı federasiya Güləş və Ağırlıqqaldırma Federasiyaları olub.
Qeyd edək ki, ABF əvvəl də ən yaxşı federasiya seçilib.

00:11