20:15 24-12-2012
news_image
1023
DİGƏR NÖVLƏR

İlin ən yaxşısı Lent.az saytı seçildi

2012-ci ildə idmanı ən yaxşı işıqlandıran internet portalının adı açıqlanıb. Apasport.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi
Lent.az saytını idmanı ən yaxşı işıqlandıran internet portalı seçib.

Mükafatı Lent.az-ın əməkdaşı Elşən Məmmədova gənclər və idman nazirinin müavini İntiqam Babayev təqdim edib.

Telekanallar arasında isə “İdman Azərbaycan”, “ATV” və “Lider” seçilib. Telekanallardakı idman jurnalistlərindən Sənan Şəfizadə (ATV), Tural Xudiyev (Space) və Rəşad Hacıyev (İdman Azərbaycan) fərqlənib.

Saytlarda fəaliyyət göstərən idman jurnalistləri də mükafatlandırılıb. Rüstəm Piriyev (Exo), Səxavət Quliyev (AzərTAC) və Elmir Əliyev (1news) bu sahədə ən yaxşılar kimi seçilib.