22:35 24-12-2012
news_image
697
DİGƏR NÖVLƏR

Federer bəşər tarixinin birinci ən yaxşısı

İtaliyanın “Gazzetta dello Sport” nəşrinin keçirdiyi bəşər tarixinin ən yaxşı idmançısı sorğusunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu ada “Böyük Dəbilqə” turnirlərinin 17 qat qalibi, 31 yaşlı Rodjer Federer layiq görülüb. İsveçrəli tennisçi 14.8 % səs toplayaraq 1-ci olub.

2-ci yeri “Barselona”nın argentinalı futbolçusu Lionel Messi tutub. O, Federerdən 2 % səs az toplayıb. 12,2 % səslə Braziliyanın canlı əfsanəsi Pele 3-cü olub. Dieqo Maradona (10,8) 4-cü və amerikalı boksçu Məhəmməd Əli (10,6) isə 5-ci yerə sahib olub.

Qeyd edək ki, bu sorğunun təşkil edilməsinin səbəbi dekabrın 21-də gözlənilən dünyanın sonu idi.