10:31 25-12-2012
news_image
1842
DÖYÜŞ NÖVLƏRİ

Boksçularımız Ağalarov turnirində 1-ci yeru tutdu - FOTO

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi 5 qızıl, 4 gümüş və 8 bürünc medalla ümumkomanda hesabında 1-ci yeri tutub.

Boksçularımızdan Məsud Yusifzadə (52 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Nəbi Bağırov (75 kq) və Sadiq Səmədov (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Elnur Şəfizadə (49 kq), Elsevər Əzizov (69 kq), Tayfur Məmmədov (91 kq) və Məhəmmədəli Tahirov (+91kq) yalnız final görüşündə uduzaraq, 2-ci yerə layiq görülüblər. Ümumkomanda hesabında Azərbaycan seçməsindən sonra Qazaxıstan 2-ci, Hindistan isə 3-cü yeri tutub.

Final döyüşlərinin nəticələri

49 kq
Elnur Şəfizadə (Azərbaycan) - Sultan Abdrahim (Qazaxıstan) - 1:4

52 kq
Məsud Yusifzadə (Azərbaycan) - Anbazxaqan Silambarasan (Hindistan) - 3:2

56 kq
Azizbek Adujabbarov (Özbəkistan) - Aman İndora (Hindistan) - 1:4

60 kq
Valeh Ramazanov (Azərbaycan) - Erbolat Yermekov (Qazaxıstan) - 4:1

64 kq
Cavid Quliyev (Azərbaycan) - Amir Saltayev (Qazaxıstan) - 3:2

69 kq
Elsevər Əzizov (Azərbaycan) - Maksim Panarin (Qazaxıstan) - 1:4

75 kq
Nəbi Bağırov (Azərbaycan) - Gill Kailaş (Hindistan) - 5:0

81 kq
Əli Əhmədov (Qazaxıstan) - Adlet Orinbasarov (Qazaxıstan) - 4:1

91 kq
Sadiq Səmədov (Azərbaycan) - Tayfur Məmmədov (Azərbaycan) - 5:0

+91kq
Məhəmmədəli Tahirov (Azərbaycan) – Qaybulla Keçkarov (Özbəkistan) tam üstünlüklə Keçkarov qalib gəlib