11:57 25-12-2012
news_image

Boksçularımız Qazaxıstanda 1 qızıl və 1 gümüş medal qazandılar

Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Qazaxıstan, Tacikistan, Çin, Monqolustan, Rusiya, Özbəkistan, Qırğızıstan və Azərbaycanın 143 boksçusu mübarizə aparıb.

Turnirdə ölkəmizi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qızıl Əlcək” klubunun üzvləri – Araz İmaməliyev (49 kq), Kamran Orucov (56 kq), Şaban Şahpələngov (60 kq), Tapdıq Bayramov (64 kq), Elnur Süleymanov və Niyazbəy Xalayev (hər ikisi 69 kq) təmsil ediblər. Boksçularımız Qazaxıstan turnirindən 1 qızıl və 1 gümüş medalla dönüblər. Şaban Şahpələngov həlledici görüşdə yerli idmançı Abdulla Nurqaliyevi məğlub edərək, 1-ci yerə layiq görülüb. 69 kq çəki dərəcəsində yarışan Elnur Süleymanov isə yalnız finalda Manat Umirzakova uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Şaban Şahpələngov yarışın “ən texnikalı boksçusu” mükafatına da layiq görülüb.