19:00 25-12-2012
news_image
1134
DÖYÜŞ NÖVLƏRİ

İdmançılara fəxri adlar verildi - SİYAHI

Bir sıra idmançıya və idman mütəxəssisinə fəxri adlar verilib. Lent.az-ın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adına Qüdrətulla Qasımov, Vidadi Qurbanov, Oqtay Muxtarov, Mehriban Musayeva, Xubyar Mirzəməmmədli, Balaağa Zamanov, Yelena Mütəllimova, Sahib Ələsgərov, Azər Ələkbərov, Vahid Abdullayev, Nizami Qasımov, Əhliman Qəhrəmanov, Şadil Əliyev, Əvəz Mustafayev və Rövşən Kərimov layiq görülüblər.

“Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülən mütəxəssislər sırasına İslam Məmmədzadə, Zaur Valeh oğlu Məmmədov, Ədalət Ağayev, Səməd Bağırov, Zaur Zair oğlu Məmmədov, Elçin Süleymanov və Cəfər Hümbətov daxildirlər.

“Respublika dərəcəli hakim” fəxri adı İmanbaxış Şirəli, Eldar Cabbarov və Yusif Babanlıya verilib.

İdmançılardan “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adına 2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış boksçu Teymur Məmmədov, eləcə də pauerliftinqçi Rüfət Ağayev və kikboksçu Rail Rəcəbov layiq görülüblər.

Qeyd edək ki, qərar qəbulu zamanı idmançı və mütəxəssislərin Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafındakı, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətləri, respublika miqyaslı yarışları yüksək səviyyədə idarə etdiklərini, məşqçilik sahəsində uzun illər fəaliyyət göstərdiklərini və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdikləri nəzərə alınıb.