12:00 27-12-2012
news_image

5 Brovarı medalı

Ukraynanın Brovarı şəhərində mərhum prezident Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında IV beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yeniyetmələrdən ibarət yığmamızın yarışda iştirak edən üzvləri ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

50 kq çəkidə mübarizə aparan Əfqan Xaşalov və 100 kq çəkidə güləşən İqbal Hacızadə qızıl medal qazanıb. 46 kq-da Vasif Niyazlı yalnız finalda büdrəyib və gümüş medalla kifayətlənib. 46 kq-da digər təmsilçimiz Orxan Abbasov və 58 kq-da təmsilçimiz Ruslan Abdullayev turniri bürünc medalla başa vurub.