09:59 04-01-2013
news_image
941
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov yeni ilə uğurla başladı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə,
siyahının ilk “10-luğ”una 2 azərbaycanlı şahmatçı daxil edilib.

Belə ki, Teymur Rəcəbov 2793 xalla 4-cü pillədəki yerini qoruduğu halda, Şəhriyar Məmmədyarov yenidən 10-cu pilləyə qayıdıb. 1 rəqibini qabaqlayan qrossmeysterimiz 2766 xala malikdir. Hazırda müalicə olunan daha bir şahmatçımız Vüqar Həşimov isə 2737 xalla yenə 18-cidir.

Qeyd edək ki, ilk “3-lük”də də dəyişiklik olmayıb. Yenə 25 yaşlı norveçli Maqnus Karlsenin (2861) başçılıq etdiyi siyahıda rusiyalı Vladimir Kramnik (2810) ikinci, ermənistanlı Levon Aronyan (2802) üçüncü pilləni tutub.