10:55 04-01-2013
news_image
10026
DİGƏR NÖVLƏR

“Topaz”dan yeni mərc oyunu - tazı yarışları

Bu gündən etibarən Azərbaycanın ilk və tək qanuni idman mərc operatoru olan “Topaz” mərc sevərlər üçün tazı yarışında iştirak etmək imkanını təqdim edir. Apasport.az saytının məlumatına görə, tazı yarışları xüsusi təlim keçmiş ov itlərinin arasında keçirilən ənənəvi sürət yarışıdır.

Bu, tazı yarış meydanı adlanan xüsusi yaradılmış yerlərdə keçirilir. Tazı yarışları tam olaraq canlı keçiriləcək və birbaşa İngiltərədən canlı yayım vasitəsi ilə yayımlanacaq. Tazı yarışları həftənin 7 günü günorta saat 3-dən gecə saat 1-ə kimi “Topaz” satış məntəqələrində yayımlanacaq. Tazı yarışları zamanı oyunçulara müxtəlif mərc növləri təqdim ediləcək.

Tazı yarıışlarında iştirak etmək üçün Topaz satış məntəqələrinə yaxınlaşmaq kifayətdir. Tazı yarışları haqqında ətraflı məlumat üçün www.taziyarisi.az və ya 926 qısa nömrəsinə zəng etmək kifayətdir.

Xatırladaq ki, “Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk qanuni mərc operatorudur və “Topaz”-da bütün uduşlara dövlət təminatı verilir.
Ötən il sentyabrın 19-dan “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyir və Azərbaycan Premyer Liqası “Topaz Premyer Liqası” adlandırılır. Əlavə məlumat almaq üçün 926 qısa nömrəsinə zəng etmək kifayətdir.