01:39 06-01-2013
news_image
785
DİGƏR NÖVLƏR

İspanlar qələbəyə sevindi

Avstraliyada təşkil edilən tennis üzrə Hopman kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, finalda İspaniya ilə Serbiya qarşılaşıb. Görüş Priney yarımadası təmsilçilərinin qələbəsi ilə başa çatıb.

Fernando Verdasko – Anabel Medina Qarriqes cütlüyü Novak Cokoviç - Ana İvanoviç cütlüyünü məğlub etməyi bacarıb. Əvvəlcə təkbətək mübarizədə Cokoviç Verdaskonu 2:0 hesabı ilə üstələyib. Daha sonra İvanoviç üzərində 2:1 hesabı ilə qələbə qazanan Qarriqes ümumi hesaba tarazlıq gətirib. İkili qarşılaşmada isə ispaniyalı tennisçilər daha yaxşı oyun nümayiş etdirərək görüşü 2:0 hesabı ilə xeyrinə tamamlayıb – 6:4, 7:5.

Qeyd edək ki, Hopman kuboku 1989-cu ildən keçirilir. Bu turnirin sonuncu qalibi isə Çexiya millisi olub. Onlar həlledici mərhələdə Fransa yığmasını məğlub edib.