16:48 06-01-2013
news_image
1427
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan çempionatı başlayır

Sabah “Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatına start veriləcək. Apasport.az saytının xəbərinə görə, müxtəlif klub və cəmiyyətləri təmsil edəcək idmançıların mübarizə aparacağı yarış yanvarın 11-də başa çatacaq.

Çempionatda London Olimpiadasının mükafatçısı Teymur Məmmədov, Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev, Olimpiya oyunlarının iştirakçısı Vətən Hüseynli, Soltan Migitinov kimi boksçuların iştirak etməsi gözlənilir. Azərbaycan çempionatının rəsmi açılış mərasimi sabah saat 15:00-da başlayacaq.