10:01 07-01-2013
news_image
1196
DİGƏR NÖVLƏR

Bakının Olimpiadaya 3-cü cəhdi

Bakı növbəti dəfə Olimpiya Yay Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Apasport.az saytının məlumatına görə, paytaxtımız Olimpiada-2024-ü keçirməklə bağlı namizəd şəhərlərin siyahısına daxil olub.

Bakının rəqibləri hələlik Toronto (Kanada), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya) və Dohadır (Qətər). Bunlardan sonuncu 2-si Olimpiada-2020-də də paytaxtımız kimi möhtəşəm yarışın ev sahibliyinə iddiaçı idi.

Yeri gəlmişkən, bu şəhərlərə Vyana (Avstriya), Dubay (BƏƏ) və Nyu-York (ABŞ) da qoşula bilər. Mübarizədə favorit sayılan Almaniya isə Berlin və ya Hamburqun namizədliyini irəli sürəcəyini hələ dəqiqləşdirməyib.

Qeyd edək ki, Bakı ardıcıl 3-cü dəfə Olimpiadaya iddiasını irəli sürüb.