12:08 07-01-2013
news_image
1086
STOLÜSTÜ OYUNLAR

Eldar Hacıyev hamını qabaqladı

Respublika Şahmat Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş I dərəcəli təsnifat yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, dairəvi sistem üzrə keçirilən turnirin qalibi adını Eldar Hacıyev qazanıb.

O, 11 turdan 8,5 xal toplayıb. İkinci yeri tutan Çiqdəm Mirzəzadə Hacıyevlə eyni xal toplasa da, əlavə göstəricilərə görə rəqibindən geri qalib. İlk “üçlüyü” isə 7 xalla Eldar İsmayılov qapayıb.

Qeyd edək ki, yarışda 13 zəka sahibi mübarizə aparıb.