14:59 07-01-2013
news_image

Xatirə turniri start götürür

Yanvarın 10-da Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan və Özbəkistandan olan güləşçilər də mübarizə apacaq.

Turnirdə müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.

Yarış 10 yanvar 2012-ci il tarixdə “Abu-Arena” İdman Kompleksində keçiriləcək.