09:55 08-01-2013
news_image

Azərbaycandan getdi, AEK-lə müqavilə bağladı

Bakının “Lokomotiv” klubunun az öncə heyətindən kənarlaşdırdığı Mari Helen Pedra Mendes özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı braziliyalı karyerasını Yunanıstanda davam etdirəcək.

Yığmasının heyətində dünya çempionu olan Mendes AEK klubu ilə anlaşıb. O, mövsümün sonuna müqaviləyə imza atıb.

Qeyd edək ki, Mari Cuzeppe Kuçarini “dəmiryolçular”a baş məşqçi təyin olunduqdan sonra komandadan kənarlaşdırılmışdı. O, Super Liqanın gümüş mükafatçısının heyətinə isə Rumıniyanın “Dinamo-Romprest” klubundan gəlmişdi.