11:37 08-01-2013
news_image

Millimizin sabiq məşqçisi Türkiyə yığmasında işləyəcək

Yunan-Roma güləşi üzrə Türkiyə millisinin yeni məşqçilər heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Hakkı Başarın rəhbərlik edəcəyi “ay-ulduzlular”da Azərbaycan üçün tanış sima da yer alıb.

Belə ki, son bir ildə millimizdə Salih Bora ilə birgə işləyən Muttalip Yerlikaya karyerasını vətənində davam etdirəcək. O, bu dəfə Başarın köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Boranın komandasından yalnız Şaban Donat Azərbaycanda qalıb və gənclərdən ibarət millimizdə çalışır.