07:45 09-01-2013
news_image
585
DİGƏR NÖVLƏR

Attiyah yenə qalib oldu

Peruda davam edən Dakar Rallisinin avtomobil üzrə dördüncü mərhələsinin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 34-cüsü keçirilən yarışın bu mərhələsini Qətərin “Red Bulls” komandasının üzvü Nasser Əl-Attiyah birinci tamamlayıb.

O, 429 km məsafəni 3 saat 28 dəqiqə 46 saniyəyə qət edərək 2013-cü ildə ard-arda ikinci dəfə qalib adını qazanıb.

İkinci yeri Attiyahdan 36 saniyə gec gələn Fransanın SMG komandasının üzvü Querlayin Kikerit tutub. Üçüncü yerin sahibi də yenə fransalı idmançı olub. “Monster X-Raid”in iştirakçısı Stepan Peterhansel liderdən 1 saat 17 dəqiqə gec gəlib.