11:45 09-01-2013
news_image
1393
DİGƏR NÖVLƏR

Azərbaycan çempionu faciəvi şəkildə öldü

Muay-tay və uşu sanda üzrə dəfələrlə respublika çempionu, dünya çempionatının mükafatçısı olmuş Ruslan Vəlizadə Gəncədə ağır yol qəzasında həlak olub. Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə bildirilib ki, yanvarın 8-də səhər 9:20 radələrində Gəncə şəhər sakini Vahid Həmzəyevin idarə etdiyi MAZ markalı yük maşını yolun kənarında dayanan Bəxtiyar Süleymanova məxsus BMW markalı minik avtomobilini vurub. Bu zaman sərnişin kimi minik avtomobilinə əyləşmək istəyən 1994-cü il təvəllüdlü Vəlizadə ağır xəsarət alıb. Xəstəxanaya aparılan idmançı orada həlak olub.