02:41 13-01-2013
news_image
1794
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan çempionları müəyyənləşdi

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında ölkə çempionatına yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumatına görə, 2007-ci ilin dünya çempionatında bürünc medal qazanan Samir Məmmədov (56 kq) finalda ötən il Neft Ölkələrinin Dünya Kubokunda 3-cü olmuş İlkin Ağayevlə qarşılaşıb. Bərabər mübarizə şəraitində keçən döyüşdə daha təcrübəli Məmmədov qalib gəlib – 16:12.

19-22 yaşlılar arasında Avropa çempionatının qalibi Elvin İsayevlə (60 kq) gənclər arasında dünya çempionu Şaban Şahpələngov arasında da döyüş gərginliyi ilə seçilib. Çoxları İsayevdən qələbə gözləsə də, Şahpələngov 6 xal fərqlə qalib gəlib – 19:13.

London Olimpiadasının iştirakçısı Vətən Hüseynli (81 kq) gənclər arasında Avropa çempionu Rauf Rəhimova uduzaraq, 2-ci yerlə kifayətlənib.

Olimpiya oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov (91 kq) növbəti dəfə Azərbaycan çempionu tituluna yiyələnib. Ancaq Məmmədova bu dəfə qələbə heç də asan başa gəlməyib. “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayev adlı-sanlı rəqibinə ciddi müqavimət göstərib – 15:19.

Qeyd edək ki, ümumkomanda hesabında “Rabitə” 1-ci, “Neftçi” 2-ci, “Qızıl Əlcək” isə 3-cü yeri tutub.

Final döyüşlərinin nəticələri:

49 kq
Salman Əlizadə (Sədərək) - Münasib Məmmədov (Rabitə) - 17:8

52 kq
Tural Əhmədov (Rabitə) - Kamran Məlikov (Rabitə) - 26:10

56 kq
İlkin Ağayev (Neftçi) - Samir Məmmədov (Neftçi) - 12:16

60 kq
Elvin İsayev (Rabitə) - Şaban Şahpələngov (Qızıl Əlcək) - 13:19

64 kq
Heybətulla Hacəliyev (Rabitə) - Tapdıq Bayramov (Qızıl Əlcək) - 24:10

69 kq
Tamerlan Abdullayev (Rabitə) – Elnur Süleymanov (Qızıl Əlcək) tam üstünlüklə birinci qalib gəlib.

75 kq
Soltan Migitinov (Baku Fires) – Eldar Quliyev (Sərhədçi) tam üstünlüklə birinci qalib gəlib.

81 kq
Vətən Hüseynli (Rabitə) - Rauf Rəhimov (Neftçi) - 13:17

91 kq
Teymur Məmmədov (Rabitə) - Abdulqadir Abdullayev (Baku Fires) - 19:15

+91kq
Əsxab Abdulxaliqov (Baku Fires) – Kamran Mehdiyev (Rabitə) birinci ikinci raundda diskvalifikasiya olunub.