09:06 14-01-2013
news_image

Polşa klubu Bakıda darmadağın oldu

“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) V turun matçında Azərbaycanın “Baku Fires” və Polşanın “Poland Hussars” komandaları qarşılaşıblar. Apasport.az saytının məlumatına görə, komandamız bu dəfə də rəqibi aşkar üstünlüklə məğlub edib – 5:0.

“Baku Fires” bu mövsüm artıq ikinci “ev” oyunudur ki, 5:0 hesabı ilə qalib gəlir. Yalnız meksikalılarla Bakıdakı qarşılaşma Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Döyüşlərin nəticələri:
Baku Fires – Poland Hussars

54 kq.
Qairbek Qermaxanov (Azərbaycan) – Grjeqorj Kozlovski (Polşa) – 50:45, 50:45, 50:45.
61 kq. Albert Səlimov (Rusiya) – Adam Vylezol (Polşa) - 50:44, 50:44, 50:44
73 kq. Nikolay Veselov (Belarus) – David Pak (Polşa) – 50:44, 50:44, 50:44
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Sergey Radçenko (Ukrayna) – 49:46, 49:46, 49:46
+91 kq. Üzeypat İsmayılov (Azərbaycan) – Yan Sudzilovski (Belarus) (İrlandiya) – 48:47, 48:47, 48:47

Bu matçla yanaşı, A qrupunda daha iki görüş keçirilib. Əlcəzairdə “Desert Hawks” və “Argentina Condors”un görüşü heç-heçə nəticələnib – 2:2. Buna 61 kq çəki dərəcəsində Abdelkader Çadi (Əlcəzair) və German Benitezin (Argentina) döyüşünün bərabərliklə sonuclanması səbəb olub. “Mexico Guerreros” doğma rinqdə Rusiya komandasını 3:2 hesabı ilə məğlub edib.

Turnir cədvəli:
1. Baku Fires – 12 xal, (4 matç)
2. Mexico Guerreros – 12 (5)
3. Argentina Condors – 6 (4)
4. Poland Hussars – 6 (5)
5. Rusiya - 4 (3)
6. Desert Hawks – 3 (5)

Qeyd edək ki, “Baku Fires” liqada növbəti görüşünü yanvarın 19-da səfərdə “Argentina Condors”a qarşı keçirəcək.