17:08 15-01-2013
news_image

Argentinalılar Bakı klubu ilə görüşə debütantla çıxacaq

Yanvarın 19-da Argentinanın Santa Klara del Mar şəhərində Ümumdünya Boks Seriyasının (WSB) VI turun matçında “Argentina Condors” və “Baku Fires” (Azərbaycan) komandaları qarşılaşacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız 12 xalla A qrupunun lideri olduğu halda, Cənubi Amerika klubu 6 xalla 3-cü yeri tutur. Klubların heyətləri artıq məlumdur:

Argentina Condors – Baku Fires

54 kq. Alberto Melian (Argentina) – Orzubek Şaimov (Özbəkistan)
61 kq. Ronan Sançes (Argentina) – İsa İsayev (Azərbaycan)
73 kq. Henri Polanko Ferreras (Dominikan) – Xaybulla Mursalov (Azərbaycan)
85 kq. Fakundo Nahuel Simal (Argentina) – Vladimir Çeleş (Moldova)
+91 kq. Luiz Bravo (Argentina) – Hacı Murtuzəliyev (Azərbaycan)

Təmsilçimiz Bakıda keçirilən görüşdə Argentina klubunu 5:0 hesabı ilə məğlub etmişdi. Həmin görüşdə rinqə çıxanlardan Xaybulla Mursalov və Hacı Murtuzəliyev yenidən “Baku Fires”in şərəfini qoruyacaq. Mursalov bu dəfə meydan sahiblərinin yeganə legioneri – dominikanlı Henri Polanko Ferrerasla üz-üzə gələcək. Hacı Murtuzəliyev isə Luiz Bravo ilə qarşılaşacaq. “Argentina Condors”da isə “Sərhədçi”də rinqə çıxanlardan Alberto Melian və Fakundo Nahuel Simal döyüşəcək. Hər iki boksçu Bakıda məğlubiyyətlə üzləşmişdi. Rəqib komandada 61 kq çəki dərəcəsində Ronan Sançes debüt edəcək.

Turnir cədvəli:
N
Komanda
G
X
1
Baku Fires
4
12
2
Mexico Guerreros
5
12
3
Argentina Condors
4
6
4
Poland Hussars
5
6
5
Rusiya
3
4
6
Desert Hawks
5
3

Qeyd edək ki, bu həftə A qrupunda bir görüş keçiriləcək. Yanvarın 18-də “Poland Hussars” doğma divarlar arasında “Mexico Guerreros”u qəbul edəcək. “Desert Hawks” – Rusiya qarşılaşması fevralın 15-ə təxirə salınıb.