00:00 16-01-2013
news_image

Millimiz yeni qaydalarla tanış oldu

Beynəlxalq Cüdo Federasiyası (IYF) İspaniyanın Malaqa şəhərində məşqçilərin beynəlxalq seminarını keçirib. Apasport.az saytının xəbərinə görə, tədbirdə ölkəmizi yığmanın avstriyalı yeni baş məşqçisi Peter Zayzenbaher təmsil edib.

Məşqçilər bu toplantıda cüdo aləmində yanvarın 1-dən qüvvəyə minən yeni qaydalarla tanış olublar. Yeni yarış qaydaları və hakimlik qanunları 2013-cü ilin fevral ayında Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirindən başlayaraq, 2013-cü ilin avqust-sentyabrında Rio-de-Janeyroda baş tutacaq dünya çempionatınadək eksperiment kimi tətbiq ediləcək.

Cüdoçulara yarış zamanı veriləcək xallar və eləcə də cərimələr yeni qaydalar çərçivəsində tətbiq ediləcək. Rəqiblər tatamiyə çıxarkən, görüşdən öncə bir-birinin əlini sıxmayacaq, məhz tataminin iş zonasında dayanaraq, bir-birinə baş əyəcəklər.

Hər bir görüşü isə tatamidə əvvəlki kimi 3 deyil, yalnız 1 hakim idarə edəcək.