16:00 16-01-2013
news_image
976
DİGƏR NÖVLƏR

Velosiped idmanı Yay Olimpiya Oyunlarından çıxarıla bilər

Velosiped idmanı 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından çıxarıla bilər. Apasport.az saytının məlumatına görə, bu bərədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) açıqlama yayıb.

Bildirilir ki, əfsanəvi idmançı Lens Armstronqun dopinq qalmaqalında Beynəlxalq Velosiped Federasiyasının da rolu aşkarlansa, bu idman növü yarışlara daxil edilməyəcək.

BOK rəsmisi Dik Paund deyib ki, bu yolla fırıldaqçıları bu yolla cəzalandırılacaqlar.

BOK-da belə düşünürlər ki, heç bir idmançı beynəlxalq federasiyanın dəstəyi olmadan bu qədər müddət ərzində dopinqdən istifadəsini gizlədə bilməz. Əgər federasiya Armstronqun əməllərini bu müddətdə ört-basdır edibsə, deməli, onlara artıq belə bir yarışı etibar etmək olmaz.

Qeyd edək ki, 2012-ci ilin payızında ABŞ Antidopinq Agentliyi qadağan olunmuş preparatlardan istifadə etdiyi üçün Armstronqu bütün adlarından, o cümlədən “Tur de Frans”ın 7 qat qalibi titulundan məhrum edib.