18:21 16-01-2013
news_image

Yığmamız hazırlığa başladı

Taekvondoçularımızın Qəbələdə geniş təlim-məşq toplantısı başlayıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandaların baş məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə məşqlərə 50-dək idmançı qatılıb.

Böyüklər arasında hazırlıqlarda əməkdar məşqçi Gündüz Abdullayev, məşqçilər Niyaməddin Paşayev və Elnur Amanov da iştirak edirlər. Dünya Taekvondo Federasiyasının Reabilitasiya Mərkəzində təlim-məşqlər yanvarın 30-dək davam edəcək.

Taekvondoçularımız üçün ilin ilk yarışı isə fevralın əvvəlində İsveçdə olacaq. Gənclərdən ibarət seçmə komanda gələn ayın 9-10-da “Trelleborq Open”də iştirak edəcək.