11:07 21-01-2013
news_image
981
STOLÜSTÜ OYUNLAR

İlk “üçlük”də 2 azərbaycanlı

Sevilyada keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ənənəvi yarışda iştirak edən Azərbaycan millisinin hər 2 zəka sahibi mükafatçılar sırasında yer alıb.

Belə ki, təmsilçilərimizdən Azər Mirzoyev ikinci, Bəhruz Rzayev üçüncü pilləni tutublar. Onların hər 2-si 9 oyundan 7 xal toplasa da, əlavə göstəricilərə görə birinci gümüş medala layiq görülüb.

Qeyd edək ki, 150 şahmatçının qatıldığı turnirin qalibi adını 8 xalla ingiltərəli Stevart Haslinger qazanıb.