15:15 21-01-2013
news_image
1409
DİGƏR NÖVLƏR

Olimpiadaya ən bahalı biletin qiyməti bilindi

Rusiyanın Soçi şəhərində keçiriləcək 2014-cü il Qış Olimpiya Oyunlarına biletlərin qiyməti açıqlanıb. APA-nın Rusiya bürosunun məlumatına görə, Soçi Qış Olimpiya Oyunlarına ən bahalı biletin qiyməti 1300 ABŞ dollarıdır. Fevral ayından satışa çıxarılacaq biletlərin qiyməti 30-1300 dollar arasında dəyişir. Bilet qiymətlərinin dünya standartlarına uyğun bir şəkildə dəyərləndirildiyi bildirilib. Satışa ən çox 30, 50, 800 və 1000 dollarlıq biletlər çıxarılacaq.

Bundan başqa biletlərin qiyməti idman növlərinə və oyunların mərhələlərinə görə dəyişəcək.

Qeyd edək ki, Soçidə Qış Olimpiya Oyunları gələn il fevralın 7-23-də keçiriləcək.