05:57 22-01-2013
news_image
634
DİGƏR NÖVLƏR

Millimiz turnirə qələbə ilə başladı

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz yanvarın 16-da səfərə yollanıb və 5 gün ərzində yerli mühütə uyğunluq keçəndən sonra start görüşünü Qana hokkeyçilərinə qarşı keçirib.

Qarşılaşma millimizin 4:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, sabah - yanvarın 22-də yığma komandamızın rəqibi Avstriya hokkeyçiləri olacaq. Növbəti 3 gündə həmyerlilərimiz istirahət edəcəklər. Belə ki, təqvim üzrə yanvarın 23-də və 25-də turnir iştirakçılarının ümumi istirahəti nəzərdə tutulub. Litva hokkeyçiləri son anda yarışdan imtina etdiklərinə görə millimiz yanvarın 24-də III turda yenə də məcburi istirahət edəcək. Yanvarın 26-da komandamız ev sahibi - CAR yığması ilə gücünü yoxlayacaq. Turnirin sonuncu günü isə rəqibimiz Belçika idmançıları olacaq.