10:59 22-01-2013
news_image
829
DİGƏR NÖVLƏR

Yığmamız Qananı darmadağın etdi

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda Dünya Hokkey Liqasının II raunduna uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz turnirin ilk turunda Qana yığmasına gücünü göstərib.

Belə ki, komandamız rəqibinə heç bir şans verməyərək 4:0 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Fəridə Məmmədova (2), Xatirə Əliyeva və Yuliya Muradi fərqlənib.

Digər cütdə isə Belçika Avstriyaya 8:0 hesabı ilə qalib gəlib. I turda ev sahibləri istirahət ediblər.

Qeyd edək ki, yığmamız oyun günündə Avstriya hokkeyçiləri ilə qarşılaşacaqlar.