13:36 22-01-2013
news_image

Yığmamız Dünya Kubokuna 8 idmançı ilə yollanır

Yanvarın 26-29-da Qazaxıstanın Uralsk şəhərində baş tutacaq sambo üzrə Dünya Kubokunun mərhələ yarışında Azərbaycanı təmsil edəcək idmançıların adları bilinib. Apasport.az saytının məlumatına görə, turnirdə ölkəmizin idman şərəfini 8 samboçu qoruyacaq.

Baş məşqçi Yaqub Abdullayev Uralskda Ağasif Səmədov, Kənan Bünyadov (hər ikisi 52 kq), Xanoğlan Zülfüqarov (57 kq), Pərviz Nəzərov (62 kq), Kənan Qasımov (82 kq), Azad Zahidov (90 kq), Elşən Cəfərli (100 kq) və Ayaz Umudəliyevə (+100 kq) güvənəcək.