05:57 23-01-2013
news_image
885
DİGƏR NÖVLƏR

Yarımfinalçılar müəyyənləşib

"Böyük Dəbilqə" seriyası olan “Avstraliya Açıq” tennis turniri davam edir. Apasport.az saytının məlumatına görə, Melburn şəhərində təşkil edilən yarışın həm qadınlar, həm də kişilər arasında ilk yarımfinalçıları müəyyənləşib.

Bunlar kişilər arasında serbiyalı tennisçi Novak Cokoviçlə ispaniyalı idmançı David Ferrerdir. Cokoviç 1/4 final mərhələsində çexiyalı tennisçi Tomaş Berdiçi, Ferrer isə həmvətəni Nikolas Almaqronu məğlub edərək yarımfinala yüksəlib.

Qadınlarda isə dünya reytinq siyahısının ikinci pilləsində qərarlaşan rusiyalı Mariya Şarapova həmvətəni Yekatirina Makarovanı, çinli tennisçi Li Na isə Polşalı Aqnieszka Radvanskanı üstələyərək yarımfinalda bir-birlərinə rəqib olublar.

Qeyd edək ki, bu gün turnirin digər yarımfinalçıları müəyyənləşəcək. Kişilər arasında Rojer Federer Jo-Vilfred Tsonqa ilə, Endi Murrey isə Ceremi Çardi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Kişilər

Novak Cokoviç (Serbiya) - Tomaş Berdiçi (Çexiya) - 3-1 (6-1, 4-6, 6-1, 6-4)

David Ferrer (İspaniya) - Nikolas Almaqro (İspaniya) - 3-2 (4-6, 4-6, 7-5, 7-6, 6-2)

Qadınlar

Li Na (Çin) - Aqnieszka Radvanskanı (Polşa) - 2-0 (7-5, 6-3)

Mariya Şarapova (Rusiya) - Yekatirina Makarova (Rusiya) - 2-0 (6-2, 6-2)