09:29 23-01-2013
news_image
988
DİGƏR NÖVLƏR

Yığmamız qrup liderliyinə yüksəldi

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Keyptaunda keçirilən Dünya Liqasının II raundunda ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk turda Qana yığmasına 4:0 hesabı ilə qalib gələn yığmamız bu dəfə Avstriyanı sınağa çəkib.

Qarşılaşma komandamızın qələbəsi ilə başa çatıb. Belə ki, ilk hissədə Lyubov Drujinina və Fəridə Məmmədovanın qollarına rəqib ikinci yarıda Rafaela Rubasın dəqiq zərbəsi ilə cavab veriblər.

Nəticədə 2-ci görüşünü də 3 xalla başa vuran Azərbaycan yığması qrupda liderliyə yüksəlib.

Qeyd edək ki, ilk turda qalib gələn Belçika bu dəfə istirahət edib. Yarışın digər cütündə isə ev sahibi CAR Qanaya 6:0 hesabı ilə qalib gəlib.