17:58 24-01-2013
news_image

Yığmamız Krivoy-Roqda öncə hazırlıq keçəcək, ardınca yarışa qatılacaq

Fevralın 6-8-də Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə qızlar arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, sərbəst güləş üzrə Azərbaycan yığması 2013-cü il üçün nəzərdə tutulan təqvim planına əsasən bu turnirdə iştirak edəcək.

Turnirdən öncə isə komandanın üzvləri birgə təlim-məşq toplanışına qatılacaq. Yanvar 25-dən fevralın 6-na qədər baş tutacaq hazırlığa 7 güləşçimiz qatılacaq. Məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynaya yollanacaq heyətdə Ülkər Babayeva (37 kq), Türkan Nəsirova (44 kq), Şəbnəm Əhmədova, Leyla Qurbanova (hər ikisi 48 kq), Səbinə Həmzəzadə (51 kq), Leyla Orucova (55 kq) və Ləman Qurbanova (59 kq) yer alıb.