07:56 25-01-2013
news_image
691
DİGƏR NÖVLƏR

Cokoviç yenə finaldadır

“Böyük dəbilqə” seriyasından keçirilən Avstraliyanın açıq çempionatında kişilərin fərdi mübarizəsində ilk finala yüksələn tennisçinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu son iki ilin çempionu serbiyalı tennisçi Novak Cokoviçdir.

Dünya tennis reytinq sıralamasında birinci olan Cokoviç yarımfinalda ispaniyalı tennisçi David Ferrerlə qarşılaşıb. Görüş Novakın 6:2; 6:2 və 6-1 hesablı qələbəsi ilə başa çatıb.

Cokoviçin rəqibi isə Endi Murrey – Rojer Federer cütünün qalibindən sonra bəlli olacaq. Bu görüş isə bu gün keçiriləcək.

Qeyd edək ki, kişilərin fərdi mübarizəsinin final qarşılaşması yanvar ayının 27-də baş tutacaq