10:15 26-01-2013
news_image
1022
STOLÜSTÜ OYUNLAR

İlk “üçlük” dəqiqləşdi

Kişi şahmatçılar arasında Azərbaycan çempionatını başa çatıb. Apasport.az saytının məlumatına görə, 1 tur öncə çempion müəyyənləşdiyindən axırıncı oyun günündə gümüş və bürünc medalçıların adlarına aydınlıq gəlib.

Belə ki, yarışda qeyri-müəyyən səbəb görə IV turdan sonra oynamayan Ülvü Bacarani ilə gücünü yoxlamalı olan Vüqar Rəsulov texniki qələbə alaraq, ikinci yeri tutub. Onun Kənan İzzəti qabaqlamasına isə Zaur Məmmədov yardımçı olub. 1 gün öncə çempionluğunu rəsmiləşdirən Məmmədov rəqibinə cəmi 0,5 xal güzəştə gedib.

IX tur
Kənan İzzət - Zaur Məmmədov – 0,5:0,5
Sərxan Quliyev – Şəhriyar Rəhimov - 1:0
Nicat Abbasov – Misrətdin İsgəndərov – 1:0
Vüqar Rəsulov - Ülvi Bacarani – +:-


Turnir cədvəli: Məmmədov - 7 xal, Rəsulov – 6, İzzət – 5,5, Abbasov – 5, Quliyev, İsgəndərov – 4,5, Ürfan Sevdimalıyev
- 2, Rəhimov, Bacarani – 0,5.