10:26 27-01-2013
news_image

Ən güclü taekvondoçular məlum oldu

Hövsan Olimpiya İdman Kompleksində 1999-2001-ci il təvəllüdlü yeniyetmələr arasında taekvondo üzrə Bakı şəhər birinciliyi keçirilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİBİ) təşkil etdiyi yarışda paytaxtın 25 klub və idman cəmiyyətindən 90-dək taekvondoçu iştirak edib. Gərgin keçən döyüşlərdən sonra qalib müəyyənləşib.

Oğlanlar arasında yarışın mükafatçılarını təqdim edirik:

33 kq
1. Ümid Məmmədov (“Təhsil”)
2. Məhəmməd Əlizadə (242 saylı idman məktəbi)
3. Bəhruz Quluzadə (12 saylı idman məktəbi)
3. Xəyyam Qasımov (T.İsmayılov adına klub)

37 kq
1. Anar Aslanov (“Fərəh” klubu)
2. Rəvan Hüseynov (“Qarabağ” klubu)
3. Əli İsazadə (Şağan MOK)
3. Musa Ələkbarzadə (DİN İC)

41 kq
1. Əli Məmmədov (DİN İC)
2. Niyaz Zülfüqarlı (“Qafqaz” klubu)
3. Şikar Mədətov (T.İsmayılov adına klub)
4. Anar Hüseynli (“Qarabağ” klubu)

45 kq
1. Həsən Həsənov (“Qarabağ” klubu)
2. Ceyhun Quliyev (“Fərəh” klubu)
3. Qasım Aslanov (“Qafqaz” klubu)
3. Ruslan Babayev (“Fateh” klubu)

49 kq
1. Bəxtiyar Həsənov (“Zenit” İC)
2. Nahid Cavadov (“Kamil” klubu)
3. İbrahim Həsənov (“Fateh” klubu)
3. Fərhad İsgənkəndərli (Şağan MOK)

53 kq
1. Nurlan Fətəliyev (“Qarabağ” klubu)
2. Kənan Məmmədov (“Sərhədçi” klubu)
3. Vüsal Kərimov (“Fərəh” klubu)

57 kq
1. Müşviq İbrahimov (“ƏFA” klubu)
2. Kənan Alıquliyev (“Sərhədçi” klubu)
3. Cavid Sultanov
3. İsmayıl Yaqubov (T.İsmayılov adına orta məktəb)

61 kq
1. Ələsgər Əliyev (2 saylı idman məktəbi)
2. Mirəli Hüseynov (“Fərəh” klubu)
3. Fəyyaz Gülverdiyev (“Fərasət” klubu)
3. Mehdi Tağıyev

65 kq
1. Nicat Ələsgərli (“Qafqaz” klubu)
2. Mikayıl İbrahimov (“ƏFA” klubu)

+65 kq
1. Məmmədbala Məmmədov (“Sərhədçi” klubu)
2. Rüfət Qəmbərli (“Qafqaz” klubu)
3. Nicat İbrahimov (“Fərasət” klubu)
3. Orxan Tağızadə (“Musado” klubu)