10:14 27-01-2013
news_image

Bakı klubundan növbəti darmadağın

“Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) III turundan təxirə salınan görüşdə Azərbaycanın “Baku Fires” klubu Rusiya komandası ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, bu görüş Rusiya paytaxtında keçirilməli olsa da, qarşılıqlı razılığa əsasən matç Bakıda baş tutub. Komandamız əvvəlki qarşılaşmalarda olduğu kimi bu dəfə də rəqibə heç bir şans verməyib. Rinqə çıxan hər bir boksçumuz qələbə qazanıb.

Nəticədə 5:0 hesablı qələbə “Baku Fires”in I pillədə yerini daha da möhkəmlədib.


Baku Fires – Rusiya – 5:0

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Məhəmməd Şeyxov (Rusiya)
61 kq. Xurşid Tocibayev (Özbəkistan) – Viktor Batalov (Rusiya)
73 kq. Jaba Xositaşvili (Gürcüstan) – Qamzat Qazəliyev (Rusiya)
85 kq. İaqo Kiziria (Gürcüstan) – Aleksandr Xotyantsev (Rusiya)
+91 kq. Məhəmmədrəsul Məcidov (Azərbaycan) – Vitali Kuduxov (Rusiya)

Turnir cədvəli:
1. Baku Fires – 18 (6 görüş)
2. Mexico Guerreros – 13 (6)
3. Poland Hussars – 9 (6)
4. Argentina Condors – 7 (5)
5. Rusiya – 5 (3)
6. Desert Hawks – 3 (5)