10:41 28-01-2013
news_image

Sabah yığmamızın yeni baş məşqçisi təqdim olunacaq

Sabah Olimpiya Güləş Mərkəzində qadın güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, saat 10:00-da başlayacaq hazırlığın ardınca yığmamızın yeni baş məşqçisi media nümayəndələrinə təqdim ediləcək. Yeni çalışdırıcının 2013-cü il üçün komandanın hədəfləri və qarşıdan gələn yarışlar haqqında brifinqi də olacaq.