10:44 28-01-2013
news_image
1824
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan tarixində ilk

Bakı İdman Sarayında ilk dəfə olaraq cüdo üzrə klublararası Azərbaycan Kubokunun seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin cüdo klublarından 15 komanda iştirak edir və onlar 4 qrupda cəmləşib.

Ardınca hər qrupun 2 ən yaxşısını müəyyənləşdirəcək. Beləliklə, növbəti mərhələyə 8 komanda çıxacaq. 10 çəki dərəcəsi üzrə keçirilən yarışda hər komanda maksimal 10 idmançı (hər çəkidə 1 nəfər olmaqla - 3 nəfər gənc və 7 nəfər böyük) ilə çıxış edir.

Klublar arası Azərbaycan Kubokunda iştirak edən komandalar bunlardır:

   1-ci qrup
Qəbələ
Judo 2012
TİM Gəncə
Dinamo Bakı
   2-ci qrup
Neftçi
İsmayıllı
Attila Bakı
Ruslan Bakı
   3-cü qrup
Lokomotiv Bakı
Azeri Cudo
İdman Sumqayıt
KANO
   4-cü qrup
Kanokan TT
Azəri Sumqayıt
Sərhədçi 

Klublararası Azərbaycan Kubokunun seçmə mərhələsindən sonra 7 dövrədən ibarət yarışlar keçiriləcək ki, sona qalan 4 komanda ən yaxşıları müəyyənləşdirəcək.

1-ci dövrə
3 mart
2-ci dövrə
10 mart
3-cü dövrə
7 iyul
4-cü dövrə
29 sentyabr
5-ci dövrə
6 oktyabr
6-cı dövrə
13 oktyabr
7-ci dövrə
20 oktyabr
Dördlər finalı
10 oktyabr

Qeyd edək ki, yarışların nəzərdə tutulan tarixləri dəyişdirilə bilər