10:20 30-01-2013
news_image

İlin və iranlı məşqçilərimizin ilk sınağı

Fevralın 2-3-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan yığması da iştirak edəcək.

Böyük məşqçi Nasir Nurbaxış, məşqçilər Nezafet Dost Cəfər və Əsgər Musavinin rəhbərliyi altında 12 pəhləvanımızın turnirdə iştirakı gözlənilir. İranlı mütəxəssislər ilin və özlərinin ilk sınağında Fazil Zamanzadə (55 kq), Elçin Həsənov, Qadir Süleymanov (hər ikisi 60 kq), Vitali Rəhimov, Rəsul Çunayev, Rüstəm Əliyev (hamısı 66 kq), Niyaməddin İbrahimov (74 kq), Soltan İsmayılov, Fuad Əliyev (hər ikisi 84 kq), Araz Həsənov (96 kq), Maksim Proxorov və Radomir Petkoviçə (hər ikisi 120 kq) şans verəcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.