12:55 30-01-2013
news_image

Yığmamız “Trelloborq Open” üçün heyətini açıqladı

Azərbaycan taekvondoçuları 2013-cü ilin ilk yarışı ərəfəsindədirlər. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, gənclərdən ibarət seçmə komandamız ənənəvi “Trelloborq Open” turnirinə son hazırlıqları davam etdirir.

Millimiz baş məşqçi Məmməd Abdullayev və komandanın böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyi altında federasiyasının idman zalında, gün ərzində iki dəfə məşq keçir. Yanvarın 17-dən fiziki məşqlərə başlayan idmançılar, fevralın 5-dək hazırlıqlarını taktiki hissə ilə davam etdirəcəklər.

İsveçdə, Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli yarışında iştirak etmək üçün məşqçilər heyəti aşağıda adları çəkilən idmançılara etimad göstərib:

Oğlanlar
Tağı Tağızadə (45 kq), Babək Əjdərli (48 kq), Samir Novruzov (51 kq), Məhəmməd Məmmədov, Məmmədnəbi Alqayev (hər ikisi 55 kq), Əli Axundov, Yusif Hüseynli (hər ikisi 59 kq), Ayxan Tağızadə, Nicat Fərəcov (hər ikisi 63 kq), Saməddin Əliyev (68 kq), Səid Quliyev (73 kq), Elnur Məhərrəmov (+78 kq).

Qızlar
Mirxanım Ağayeva, Nərminə Məmmədova (hər ikisi 44 kq), Təranə Məmmədova (46 kq), Zümrüd Məlikova (49 kq), Aynur Məmmədova (52 kq), Zeyvi Kərimova (59 kq)

Qeyd edək ki, fevralın 9-10-da baş tutacaq “Trelleborq Open” bütün yaş qrupları üzrə keçiriləcək. Yarışa ayın 7-də yollanacaq gənclərdən ibarət seçmə komandamız fevralın 12-də vətənə dönəcək.